Burada əsas məsələ mövcud uçot sisteminin təkmilləşdirilməsidir İqtisadçı

16.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Ev təsərrüfatlarının uçota alınması Azərbaycanda yeni tətbiq olunan proses deyil. Belə uçot əvvəllər də mövcud olub və müvafiq qaydada həyata keçirilib. Hazırda isə bu sahədə uçotun aparılması mexanizmi təkmilləşdirilir, məlumatların daha sistemli toplanması, dəqiqləşdirilməsi və müasir idarəetmə tələblərinə uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilir. Ona görə də bu prosesi tamamilə yeni bir tətbiq kimi təqdim etmək düzgün olmaz. Burada əsas məsələ mövcud uçot sisteminin təkmilləşdirilməsi, məlumat bazasının daha dolğun və aktual vəziyyətə gətirilməsi, dövlət idarəetməsində həmin məlumatlardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsidir”.

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov söyləyib. Ekspert qeyd edib ki, bu prosesin iqtisadi və sosial mahiyyətini düzgün anlamaq vacibdir. Ev təsərrüfatlarının uçotunun əsas məqsədi ölkədə insanların faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluq vəziyyəti, torpaqdan istifadə imkanları və fərdi təsərrüfat fəaliyyəti haqqında daha dolğun məlumat əldə etməkdir. Məsələn, müəyyən bir kənddə neçə ailənin yaşadığını, onların nə qədər torpaq sahəsindən istifadə etdiyini, neçə nəfərin kənd təsərrüfatı ilə məşğul olduğunu, neçə baş iribuynuzlu və xırdabuynuzlu heyvanın olduğunu bilmək dövlətin aqrar siyasətinin planlaşdırılması üçün əhəmiyyətlidir:

“Bu məlumatlar əsasında kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinə, sosial infrastrukturun qurulmasına və dövlət dəstəyi tədbirlərinin planlaşdırılmasına dair daha əsaslandırılmış qərarlar qəbul etmək mümkündür”.

Sevinc Qarayeva 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью