Burada əsas risklərdən biri ərzaq inflyasiyasıdır İqtisadçı

23.09.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

«Dünya əmtəə və ərzaq qiymətlərinin nisbətən aşağı səviyyədə qalması, manatın məzənnəsinin sabitliyi və tənzimlənən tariflərdə dəyişikliklərin məhdud olması proqnozun reallaşmasına təsir edən əsas amillərdir”.

Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a söyləyib. Ekspertin dediyinə görə, Azərbaycan idxaldan yüksək asılı olduğu üçün dünya bazarında ərzaq, enerji, xammal və logistika xərclərinin yenidən yüksəlməsi daxili qiymətlərə keçə bilər.

Akif Nəsirli hesab edir ki, burada əsas risklərdən biri ərzaq inflyasiyasıdır. O bildirib ki, orta inflyasiya 5,7 faiz olsa da, insanların gündəlik xərclərində ərzağın payı yüksək olduğundan qiymət artımı əhali tərəfindən daha ağır formada hiss edilə bilər.

Sevinc Qarayeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью