Icma.az, Qafqazinfo saytına istinadən bildirir. Rusiyanın Sibir bölgəsində yerləşən Oymyakon kəndi dünyanın ən soyuq yaşayış məntəqələrindən
“Qafqazinfo” xəbər verir ki, burada temperatur bəzən -71°C-ə qədər düşür və gündəlik həyat bu sərt şəraitə uyğun qurulub.
Təxminən 500 nəfərlik əhalisi olan kənddə avtomobil mühərrikləri donmasın deyə heç vaxt söndürülmür, çaylardan tutulan balıqlar 30 saniyə ərzində donur, hətta süd stəkanda buz bağlayır.
Oymyakon Saxa Respublikasında yerləşir və 26 yanvar 1926-cı ildə -71,2°C ilə Şimal yarımkürəsində ən aşağı temperatur rekordu burada qeydə alınıb.
Bu rekord kəndə dünya miqyasında “Soyuq qütb” adını qazandırıb.
Kənd regional paytaxtdan 1100 km uzaqda, dəniz səviyyəsindən 741 metr yüksəklikdə yerləşir və 3000 metrdən hündür dağlarla əhatə olunub.
Bölgədə 1,5 km dərinliyə qədər buz təbəqəsi mövcuddur, buna görə də əkinçilik mümkün deyil.
Oymyakon adı yerli dildə “donmaz su” deməkdir və bu ad yaxınlıqdakı isti bulaqlardan götürülüb.