GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“NATO Ukraynada açıq hərbi müdaxilə planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bu açıqlamanı NATO-nun baş katibi Mark Ruttenin bəyanatına münasibət bildirərkən səsləndirib.
Zaxarovanın sözlərinə görə, sülh razılaşmasından sonra Ukraynada “istəklilər koalisiyası”na məxsus qoşunların yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir. O vurğulayıb ki, bu cür qüvvələr Moskva tərəfindən legitim hərbi hədəf kimi qiymətləndiriləcək.
Safura Bənnayeva
Globalinfo.az