Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli aktyor Burak Özçivit serial sektorunda yaşanan reklam böhranı ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, reklam gəlirlərinin azalması səbəbindən “Güneşin doğduğu yer” serialının çəkiliş heyətindən maaşlarının 20 faiz azaldılması istənilib.
Baş rol ifaçısı Burak isə həmkarlarına dəstək olaraq "Komandamızla birlikdəyik, onlara bu çətinliyi yaşatmarıq. Lazım olanı öz üzərimizə götürərik" deyə, yazıb.
Serialda rol alan Sibel Taşçıoğlu da aktyorun paylaşımına dəstək verib.
Qeyd edək ki, sektorda reklam gəlirlərinin azalması səbəbindən bir sıra serialların büdcəsinə yenidən baxıldığı bildirilir.