Burak Özçivitin rus qıza davranışı DİQQƏT ÇƏKDİ VİDEO

12.05.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli aktyor Burak Özçivitin Rusiyada pərəstişkarları ilə görüşündən yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, məşhur aktyorun fanatları ilə çəkdirdiyi fotolar və ünsiyyəti diqqət çəkib. Xüsusilə qadın pərəstişkarlarına qarşı sərgilədiyi daha məsafəli davranış izləyicilərin gözündən yayınmayıb.

Kadrlarda Burak Özçivitin ciddi mimikaları və soyuq görünən münasibəti sosial media istifadəçiləri arasında fərqli fikirlərə yol açıb. Bəzi izləyicilər bunu aktyorun yorğunluğu ilə əlaqələndirsə də, digərləri onun davranışını müzakirə mövzusuna çeviriblər.

Yayılan görüntülər qısa zamanda internetdə geniş yayılıb və maraqla qarşılanıb.

Musa
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью