Burak Özçivitin yüksək qonorar tələbi rədd edildi

22.07.2025

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Sentyabrda yeddinci sezonu ilə geri dönəcək "Quruluş Osman"ın prodüseri Mehmet Bozdağ ilə baş rolu canlandıran Burak Özçivit arasında qonorar mübahisəsi yaranıb.

Kulis.az xəbər verir ki, 2019-cu ildən "Quruluş Osman" serialının baş qəhrəmanını canlandıran aktyor növbəti mövsüm üçün danışıqlar zamanı prodüser şirkətindən hər seriya üçün 4 milyon türk lirəsi tələb edib.

Onun bu tələbi həddindən çox olduğu üçün rədd edilib.

Birsen Altuntaşın dediyinə görə, Özçivitin ödəniş tələbindən sonra hər iki tərəf sosial şəbəkədə bir-birini izləməyi dayandırıb.

İnsayderin məlumatlarına görə, Özçivit yeni mövsümdə davam edəcək serialın heyətində yer almayacaq.

Qeyd edək ki, serialın ssenarisində dəyişiklik edilməsi və Osman bəyin yaşlı vaxtının çəkilməsi gözlənilir. Daha əvvəl Emre bəyin canlandırdığı Orxanı yeni mövsümdə kimin canlandıracağı isə bəlli deyil.

“Azərbaycan kinooperatorları” kitabı nəşr olundu "Emmy" nominasiyaları siyahıda - “The Severance” filmi liderdir Aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью