Burak Yılmaz Superliqa klubundan ayrılıb

22.06.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 iyun, AZƏRTAC

Türkiyəli tanınmış mütəxəssis Burak Yılmaz "Kasımpaşa"nın baş məşqçisi postundan ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

B.Yılmaz bu ilin yanvarından İstanbul təmsilçisində işləyirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью