Burak Yılmazın azarkeşə sərt reaksiyası Türkiyə mediasının diqqət mərkəzinə düşüb

14.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Kasımpaşa" klubunun baş məşqçisi Burak Yılmaz "Kayserispor"a məğlubiyyətdən sonra "Fənərbağça" azarkeşinin sözlərinə çox sərt reaksiya verib.

Oxu.Az xəbər verir ki, ev sahibi komanda 10 nəfərlə 3 xalı qazanmağı bacarıb - 1:0.

"Kasımpaşa" heyəti məğlubiyyətlə ayrıldıqları Kayseridə xoşagəlməz hadisə yaşayıb.

Futbolçular və texniki heyət komandanın avtobusuna minərkən azarkeşlərdən biri "Fənərbağça" matçı ilə bağlı "Kasımpaşa"nın baş məşqçisi Burak Yılmazı özündən çıxaran ifadələr səsləndirib.

Bundan sonra Yılmaz özünü saxlaya bilməyib və azarkeşə doğru irəliləyərək onun üzərinə qışqırıb.

Tərəflər ətrafdakıların köməyi və polis müdaxiləsi ilə sakitləşdiriliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью