Burakın pərəstişkarları Kreml sarayında izdiham yaratdı Video

11.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin məşhur aktyoru Burak Özçivitin pərəstişkarları Kreml sarayında izdiham yaradıb.

Kult.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Şot" Teleqram kanalı məlumat yayıb.

Moskvaya gələn sənətçi orkestrin müşayiəti ilə məşhur türk seriallarından Rusiyada sevilən mahnıları ifa edib. Tədbirdə Özçivitin yüzlərlə pərəstişkarı iştirak edib.

Sənətçi səhnə performansını yekunlaşdırandan sonra onun qadın pərəstişkarları kütləvi şəkildə səhnəyə "hücum edib". Pərəstişkarlarının Burak Özçivitlə selfi çəkdirmək istəməsi izdihama səbəb olub. Hətta məşhurla şəkil çəkdirmək uğrunda əməlli-başlı dava da düşüb.

Qeyd edək ki, türkiyəli sənətçi Rusiyada konsert turu keçirmək qərarına gəlib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью