Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyəli aktyor Burak Özçivitin rol aldığı “Güneşin Doğduğu Yer” serialının yeni bölümünün anonsu yayımlandıqdan sonra silinib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialda qadınlara qarşı zorakılığı əks etdirən səhnə izləyicilərin narazılığına səbəb olub.
Tənqidlərdən sonra yaradıcı heyət mübahisə doğuran görüntüləri çıxararaq anonsu yenidən yayımlayıb.