Icma.az, Turkstan.az saytına istinadən bildirir. Kişiləri üzünü örtür və xanımlarının icazəsi ilə aça bilirlər, həmçinin onlar evləndikləri
Turkustan.az xəbər verir ki, bu məlumatlar Taureqlərə aiddir.
Şimali və Qərbi Afrikada yaşayan Tuareqlər maraqlı mədəni xüsusiyyətləri ilə seçilirlər.
Digər müsəlman cəmiyyətlərindən fərqli olaraq, burada kişilər üzlərini örtmək məcburiyyətindədir, qadınlar isə daha azad bir sosial mövqeyə malikdirlər.
Tuareq kişiləri günəş və tozdan qorunmaq, eləcə də hörmət və əxlaq simvolu kimi üzlərini örtürlər.
Onlar adətən 25 yaşından sonra mavi rəngli örtük (tagelmust) taxmağa başlayırlar. Maraqlıdır ki, qadınların üz örtmək məcburiyyəti yoxdur.
Tuareq cəmiyyəti matriarxal sistemlə idarə olunur. Burada qadınlar ailədə və cəmiyyətdə əsas söz sahibidir.
Kişilər analarının soyadını daşıyır və miras ana xətti ilə ötürülür.