Buraxdığımız qol möhtəşəm zərbənin, möhtəşəm oyunun nəticəsi idi Vensan Kompani

29.01.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci - sonuncu turunda PSV üzərində qazandıqları qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı saytı belə çatdırıb:

"Çətin oyun olacağını təxmin edirdik. Onlar "Enfild"də qələbə qazanmışdılar, öz meydanlarında isə "Napoli"ni 6:2 hesabı ilə yenmişdilər. Rəqib hücum futbolu sərgiləyir. Oyunçuları isə epizodları qola çevirməyi bacarırlar. Buraxdığımız qol möhtəşəm zərbənin, möhtəşəm oyunun nəticəsi idi. Şadam, çünki nə dərəcədə çətin matçdan qalib ayrıldığımızın fərqindəyəm. Buraxılan qola verdiyimiz reaksiya da sevindirici məqamdır".

Xatırladaq ki, "Bayern" Liqa mərhələsini turnir cədvəlinin 2-ci pilləsində başa vuraraq 1/8 finala yüksəlibsə, 28-ci olan PSV mübarizəni dayandırıb.

Nihat 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью