Buraxılış və dissertasiya işlərinin başqasına yazdırılması: Köhnə ənənə, yeni trend | Icma…
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ali təhsil müəssisələrində tələbələrin bakalavr və magistratura üzrə buraxılış və dissertasiya işlərini müəyyən məbləğ qarşılığında başqa şəxslərə yazdırması halları müşahidə edilir.
Belə ki, sosial şəbəkələrdə bu xidmətlərin göstərilməsi üçün tələbələrə xüsusi təkliflər olunur.
Bu yolla özlərinə biznes quran şəxslərin, yaxud şirkətlərin müştərisinə çevrilən tələbələrin elmi işlərini başqasına yazdırmaları təhsilin keyfiyyətinə də təsirsiz ötüşmür.
Oxu.Az xəbər verir ki, "Report" mövzunun aktuallığını nəzərə alaraq buraxılış işi və dissertasiya yazan şəxslərin göstərdiyi xidmətləri, "bazar" qiymətlərini araşdırıb, həmçinin ekspert və rəsmi qurumların mövqeyini öyrənib.
Buraxılış işi və dissertasiya yazılması xidmətləri necə göstərilir?
Sosial şəbəkələrdə belə xidmətlər təklif edən bir neçə səhifə ilə maraqlandıq.
Məlum oldu ki, yazılar sifariş olunan mövzu üzrə təcrübəsi və biliyi olan şəxslər tərəfindən yazılır.
Tam oxu
Xəbəri oxu