Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilir.
Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edilib.
Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.
Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla da cədvəldə tanış ola bilərsiniz.
Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb.
Tam oxu
Xəbəri oxu