Bürcə görə evlilik qərarı almaq nə dərəcədə doğrudur? | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Kainatda milyardlarla qalaktikalarda milyardlarla ulduzlar var.
Əgər biz hər hansı ulduzun, yaxud bürcün milyardlarla insanın taleyinə təsirini düşünsək, astronomik bir rəqəm alınacaq".
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, hələ ki, bunu hesablayan insan zəkası və süni intellekt yoxdur: "İnsanlar sahəvi elmlərə fikir vermədikcə hələ də xurafata, yalana, nağıla, dini rəvayətlərə, bürclərə inandıqlarına görə öz talelərini yaşayırlar.
Əgər siz qarşıdakı partnyorunuza sevgi, hörmət bəsləyirsinizsə, eyni şeyi özünüzə qarşı da ala bilərsiniz.
Əks tərəf ən pis adam olsa belə, göndərdiyiniz dalğalara uyğun ondan dalğalar ala bilərsiniz.
Əgər siz məqsədli şəkildə bu münasibətlərə girirsinizsə, bir azdan münasibətlər soyuyacaq, əlaqələri kəsmək üçün bəhanələr gətirəcəksiniz.
"Bürcümüz üst-üstə düşmür, məni atam verdi, məni anam evləndirdi" kimi bəhanələr ortaya qoyulacaq.
Tam oxu
Xəbəri oxu