Icma.az, Yenisabah saytına istinadən bildirir. Astroloqların məlumatına görə, yaxın günlərdə Merkuri ilə Yupiter arasında nadir astroloji üç
Üç gün davam edəcək bu enerji xüsusilə ünsiyyət, qərarvermə və genişlənmə sahələrinə təsir göstərəcək.
"Yeni Sabah" xəbər verir ki, Merkuri informasiyanı, Yupiter isə inkişaf və uğur potensialını simvolizə etdiyindən, bu dövr bir çox bürc üçün imkanların açıldığı mərhələ kimi qiymətləndirilir.
Bürclərə gözlənilən təsirlər: Qoç – Yeni ideyalar üçün məhsuldar zaman. Qarşıdan gələn üç gün karyera planlamasında irəliləyiş mümkündür.
Buğa – Maliyyə məsələlərində aydınlaşma və faydalı təkliflər ehtimalı artır. Sakit və düşünülmüş addımlar önəmli olacaq.
Əkizlər – Bürcün idarəçisi Merkuri aktivləşdiyindən, sosial əlaqələr güclənir. Vacib görüşlər üçün uyğun vaxtdır.
Xərçəng – Günlük rutin və iş sahəsində rahatlıq yaranır. Uzun müddətdir gecikən məsələlər sürətlənə bilər.
Şir – Yaradıcılıq, təhsil və şəxsi layihələrdə irəliləyiş gözlənilir. Uğurlu tanışlıqlar mümkündür.