Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astroloq Dinçer Güner bildirib ki, Günəşin Əkizlər bürcünə keçməsi ilə daha dinamik bir dövr başlayır. Onun sözlərinə görə, Buğa bürcünün sakit enerjisi artıq geridə qalır, indi isə ünsiyyət və maraq hissinin ön plana çıxdığı bir mərhələ başlayır.
Bakıvaxtı.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, Güner qeyd edib ki, Əkizlər dövrünün başlaması ilə insanların yeni məlumatlar əldə etməyə marağı xeyli artacaq.
Gündəlik həyatın tempi sürətlənəcək, sosial tədbirlər, qısa səfərlər və dost görüşləri daha da çoxalacaq. Bu müddətdə insanlar eyni anda bir neçə işlə məşğul olmağa meyilli olacaqlar.
Astroloq xüsusilə rəqəmsal media, yazıçılıq, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində çalışanlar üçün məhsuldar bir dönəmin başladığını vurğulayıb.
Münasibətlərdə isə fiziki uyğunluqdan daha çox zehni və emosional uyğunluğun önəm qazanacağı qeyd olunur. Güclü yumor hissinə sahib, maraqlı söhbət edən və zəkası ilə seçilən insanlar daha cəlbedici görünəcək. Mesajlaşmaların, uzun telefon danışığının və sosial media ünsiyyətinin artacağı bir mərhələ yaşanacaq.
Bununla yanaşı, Güner ünsiyyətin sürətlənməsinin müəyyən risklər də yaratdığını xatırladıb. Dedi-qodu, yanlış anlaşılmalar və şəxsi məlumatların istəmədən paylaşılması problemlərə səbəb ola bilər. O, həmçinin diqqət dağınıqlığı və fokuslanma çətinliklərinin də arta biləcəyini bildirib.