Burcu Kurtiş: Əsas məqsədimiz Azərbaycan kinosunu Türkiyədə daha geniş şəkildə tanıtmaqdır…
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
6-15 dekabr 2024-cü il tarixlərində Türkiyənin İstanbul Nişantaşı Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək.
Festivalın əsas mövzusu “Is This the Real?” (Bu, realdırmı?) olaraq müəyyən edilib.
Beynəlxalq kino festivalına Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, Meksika, Norveç, Polşa, Türkiyə, Yunanıstan və başqa ölkələrdən filmlər qəbul ediləcək.
Festival çərçivəsində film nümayişləri ilə yanaşı, elmi-praktik konfranslar və seminarlar da təşkil olunacaq.
Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkə kinosevərlərinə tanıdılması festivalın ən ümdə amallarındandır.
İki universitetin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi müsabiqə çərçivəsində müəyyən edilmiş kateqoriyalar üzrə filmləri seçməklə yanaşı, həm də tamaşaçıların diqqətini Azərbaycan kino sənətinin qiymətli nümunələrinə yönəltməkdir.
16-20 sentyabr tarixlərində ?estival çərçivəsində Nişantaşı Universitetinin bir sıra pedaqoqu Bakıda səfərdə olublar.
Tam oxu
Xəbəri oxu