Bürcünüzə görə hansı ŞİRNİYYATSINIZ?

25.04.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astrologiya həvəskarlarına həm dadlı, həm də əyləncəli bir məzmun: Bürclərin xarakterik xüsusiyyətləri mətbəxin şirniyyatları ilə uyğunlaşdırılıb. 

News24.az bürclərin ən şirin hallarını təqdim edir:

QOÇ: ACI ŞOKOLADLI MOUSSE

Cəsur, rəqabətçi və güclü xarakteri ilə tanınan Qoç bürcü, yalnız bir az acılıq daşıyan qüvvətli bir şirniyyatla təmsil edilə bilər. Bu şirniyyat onun kimi meydan oxuyur.

BUĞA: PÜSTƏLİ PAXLAVA

Rahatlıq və lüks sevən Buğa üçün ən uyğun şirniyyat, ənənəvi dadı ilə cazibə yaradan püstəli paxlava olur. Səbirli təbiəti, yavaş-yavaş yeyilən bu ləzzətlə birləşir.

ƏKİZLƏR: RƏNGLİ MAKARONLAR

Maraqlı, enerjili və dəyişkən ruhlu Əkizlər, müxtəlif dadlardan ibarət makaronlarla bütünləşir. Hər biri fərqli bir əhval-ruhiyyəni əks etdirir.

XƏRÇƏNG: DARÇINLI SÜTLAÇ

Nostalji və emosional Xərçəng bürcü, ev şəraitində hazırlanan şirniyyatın istiliyində həyat tapır. Darçın ətirli sütlaç onun yumşaq qəlbinə xitab edir.

ŞİR: QIZIL YARPAQLI ŞOKOLADLI TORT

Göstərişi sevən Şir bürcü, parlaq və diqqətçəkən şirniyyatlara üstünlük verir. Qızıl yarpaqlı şokoladlı tort onun səhnə işıqları altındakı həyat tərzini əks etdirir.

QIZ: ALMALI TARTE TATİN

Təmizkar, detallara önəm verən və sadə Qız bürcü, zərif, lakin planlı bir şirniyyat olan tarte tatin ilə təmsil olunur. Hər dilimi simmetriya və tarazlıqla formalaşır.

TƏRƏZİ: GÜL LOKUMU

Estetikaya önəm verən Tərəzi bürcü, incə və romantik dad olan gül lokumunda özünü tapır. Tarazlı və zərifdir.

ƏQRƏB: GİLASLI CHEESECAKE

Dərin hisslərin bürcü Əqrəb, cazibədar dad olan giləskanlı cheesecake ilə eyniləşdirilir. Turş və şirin balansındakı sirr, onun ruhunu əks etdirir.

OXATAN: TROPİK MEYVƏLİ PARFİ

Azadlığına düşkün Oxatan bürcü, ekzotik dadlar axtarar. Tropik meyvələrlə hazırlanan təravətli parfi onun macərapərəst ruhuna tam uyğundur.

OĞLAQ: TİRAMİSU

Ciddiyyət və ənənə ilə tanınan Oğlaq bürcü, zamansız İtalyan klassikası olan tiramisuda öz qarşılığını tapır. Kökü dərin, təsiri qalıcıdır.

DOLÇA: MATCHA MOCHİ DONDURMA

Yenilikçi və fərqli Dolça bürcü, Yapon mətbəxinin eksperimental şirniyyatı olan mochi dondurması ilə təmsil olunur. Qeyri-adi və orijinaldır.

BALIQ: LAVANDALI PANNA COTTA

Romantik, yaradıcı və xəyalpərəst Balıq bürcü, lavanda ətirli panna cotta ilə incə bir uyğunluq yaşayır. Xəyal kimi bir şirniyyat – duyğulu və romantik…

Məryəm İlhamqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью