Burda cananların duyğusu yoxdur... Günün şeiri

29.01.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün görkəmli rus şair Aleksandr Puşkinin anım günüdür.

Kulis.az şairin "Cavab" şeirini Eyvaz Borçalının tərcüməsində təqdim edir.

Tanıdım, kahinim, tanıdım sizi!

Bir imza atmamış göndərsəniz də

İlməsi naxışlı bu namənizi;

Tanıdım, örtülü hər şux təhnizdə.

İşvəli salamdan, haqdan-nahaqdan

Gülməli görünən yersiz qınaqdan

Canlı kəlmələrin gözəlliyindən,

Bütün deyimlərin özəlliyindən.

Dönüb təkrar-təkrar oxuduqca mən,

Səbirsiz bir nida qopur sinəmdən:

Vaxtdı! Moskvaya! Elə bu saat!

Bu məhzun şəhərdə sönükdür həyat...

Ürəklər daş kimi, dillər soyuqdu,

Burda cananların duyğusu yoxdur;

Gözəl Presniyə yaddı buralar,

Nə ilham pərisi, nə hurisi var.

1830

“Tomris” filminin aktyoru vəfat etdi Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir” Xulio İqlesiasın istintaq işi genişlənir: Keçmiş əməkdaşlardan yeni iddialar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью