Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Sombatxey şəhərində Malta yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə millimizin baş məşqçisi Ayxan Abbasovla qapıçısı Emil Balayevin iştirakıyla mətbuat konfransı keçirilib.
Emilin oyunöncəsi fikirləriylə tanış olaq.
- Uzun fasilədən sonra məni yenidən yığmaya dəvət etdiklərinə və etimad göstərdiklərinə görə məşqçilər heyətinə minnətdaram. Burda olduğum üçün çox şadam. Bizi maraqlı oyun gözləyir. Komandada əla ab-hava var. Artıq dörd gündü ki, Avstriyada hazırlıq keçirik. Burda əsl ailə ab-havası hökm sürür.
- Şahruddin Məhəmmədəliyevlə aranızda həmişə rəqabət olub. Bu rəqabət üçün darıxmısızmı?
- Bəli. Karyeram ərzində bir çox həmkarımla rəqabət aparmışam, amma Şahruddinlə olan rəqabət tam fərqli və xüsusi idi. Bununla yanaşı, biz həmişə bir-birimizi dəstəkləmişik. Aramızda dostluq, necə deyərlər, qardaşlıq rəqabəti var.
- Bəs Rza Cəfərovla bağlı nə deyə bilərsiz?
- Rza "Neftçi"nin futbolçusudu. İcarə müddəti başa çatdıqdan sonra yenidən kluba qayıdıb. İnanıram ki, gələcəkdə onu hələ çox iş başında görəcəyik.