Burdan dönən hamı cərimələnir

11.02.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri Yasamal rayonunda C.Cabbarlı və A.Bakıxanov küçələrinin kəsişməsində yeni xətləmə işləri aparılıb.

Milli.Az xəbər verir ki, sürücülərin xətləməyə diqqətsiz yanaşması və avtobus zolağına daxil olmaq istəməmələri onların cərimələnməsinə səbəb olur.

Belə ki, A.Bakıxanov küçəsində C.Cabbarlı küçəsinə dönmə edən sürücülər bütöv xəttin tələbini pozaraq ilk istiqamətdən dönürlər. Qaydaya əsasən isə sürücü biraz irəli gedərək qırıq-qırıq xətlə işarlənmiş yerdən digər hərəkət istiqamətinə keçid etməlidirlər. 

Qayda pozan sürücülər 100 manat və 3 bal cərimə olunur.

Mehman Əsədov
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью