Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın aparıcı sürətli xidmət restoran şəbəkələrindən biri olan Burger King Azərbaycanda fəaliyyətini genişləndirməyə davam edir. Brend ölkədə sayca 9-cu, Bakıdan kənarda isə ilk restoranını Sumqayıt şəhərində istifadəyə verib.
Sumqayıt şəhəri, Bakı küçəsi, giriş 34, Bakı Plaza ünvanında yerləşən yeni restoran müasir dizaynı, rahat interyeri, özünəxidmət köşkləri və geniş menyusu ilə qonaqlarını qarşılamağa başlayıb.
Burger King-in dünyada milyonlarla insan tərəfindən sevilən, açıq alovda bişirilən əfsanəvi Whopper burgeri və digər məşhur məhsulları artıq Sumqayıt sakinləri üçün də əlçatandır.
Şirkətin yerli nümayəndəliyindən bildirilib ki, Sumqayıt restoranının açılışı Burger King-in Azərbaycandakı uzunmüddətli inkişaf strategiyasında mühüm mərhələdir:
“Sumqayıtda ilk restoranımızın açılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Məqsədimiz Burger King təcrübəsini daha çox insana çatdırmaq, qonaqlarımıza yüksək keyfiyyətli məhsullar, sürətli xidmət və rahat mühit təqdim etməkdir. Açılışımıza Sumqayıt sakinlərinin göstərdiyi böyük maraq bizi sevindirdi və gələcək inkişaf planlarımıza olan inamımızı daha da gücləndirdi.”
Burger King Azərbaycanda restoran şəbəkəsinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib. Şirkət qarşıdakı dövrdə həm Bakıda, həm də ölkənin digər şəhərlərində yeni restoranlar açaraq daha çox qonağa xidmət göstərməyi planlaşdırır.