Burhaneddin Duran Anım Günü ilə bağlı paylaşım edib

27.09.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, paylaşımda deyilir:

“27 sentyabr – dost və qardaş Azərbaycanın Anım Günündə, 2-ci Qarabağ müharibəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərimizi rəhmət və dua ilə, qazilərimizi isə böyük ehtiramla yad edirəm. Qarabağ Azərbaycandır!”

Dəryanur Cəfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью