Burkina Faso prezidenti İlham Əliyevə məktub göndərdi

10.02.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. 
Demokrat.az President.az-a istinadən  xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə əlaqədar böyük kədər hissi keçirdik.
Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.
Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью