Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Burkina-Fasonun şimal-qərbindəki Bukl-dyu-Muhun bölgəsində terrorçular tərəfindən meşədə saxlanılan 300-dən çox insan hərbçilər tərəfindən azad edilib.Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Burkina hökumətinin mətbuat katibi Jilber Udraoqo ölkənin milli yayımçısı RTB-yə bildirib."Bu məcburi köçkünlər son dərəcə ağır vəziyyətdə aşkar edilib.
Onlar qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 305 nəfərdir.
Bu insanlar terrorçularun canlı qalxan kimi istifadə etdikləri qurbanlardır", - o qeyd edib.Mətbuat katibinin sözlərinə görə, xilas edilənlərə artıq lazımi yardım göstərilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.