Burkina Fasoda yeni hökumət elan edilib

09.12.2024

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Burkina Fasonun keçid prezidenti İbrahim Traore əvvəlki kabinetin istefasından üç gün sonra yeni hökuməti elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq fərmanı hökumətin mətbuat xidməti yayıb.

Ölkənin yeni baş naziri vəzifəsinə keçmiş jurnalist, rabitə, mədəniyyət, incəsənət və turizm naziri vəzifələrində çalışmış Jan Emmanuel Uedraoqo təyin edilib.

Yeni kabinetdə Xarici İşlər Nazirliyinin rəhbəri, Ədliyyə Nazirliyinin rəhbəri, Təhlükəsizlik naziri və İqtisadiyyat naziri öz vəzifələrini saxlayıblar.

General Selestin Simpore Müdafiə Nazirliyinə rəhbərlik edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью