Burkina fasolu futbolçu Araz Naxçıvan ın tarixinə düşdü

19.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.

“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola burkina fasolu İssuf Paro imza atıb.

“Araz-Naxçıvan” 100-cü qola 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью