Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Bursa bölgəsinin Mustafakemalpaşa rayonunda göldə batan qayıqda olan 4 nəfərdən biri həyatını itirib.
Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İddiaya görə, Yalıntaş məhəlləsində gölməçəni gəzən Sərkan C, Vedat K, Əli Osman E və Əbdülkərim Şahini daşıyan motorlu qayıq aşıb.
Qayığa yapışan 3 nəfər üzərək sahilə çıxarkən Əbdülkərim Şahin suda itib.
Hadisə yerinə səlahiyyətli qurumlar cəlb edilib. Daha sonra onun meyiti tapılıb.
Zərintac Mayisqızı
Missiya.Az