Bürsülüm kəndində hərəkət etmək əsl müşkülə çevrilib

10.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lerik rayonunun Bürsülüm kənd sakinləri yol problemindən əziyyət çəkirlər.

Onların sözlərinə görə, kənddə şəraitsizlik səbəbindən sakinlər evlərini tərk edirlər.

"Yol pis vəziyyətdədir, ərzaq daşıya bilmirik. Qışda maşın ümumiyyətlə kəndə girə bilmir. Yol, qaz probleminə görə hamı buradan gedir", - sakinlər söyləyiblər.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndin vəziyyətindən xəbərdardırlar və oraya yolun çəkilməsi üçün Dövlət Proqramı da var. Lakin yolun çəkilməsi 2027-ci ildə nəzərdə tutulub.

Daha ətraflı Baku TV-nin süjetində:

Bürsülüm kəndində hərəkət etmək əsl müşkülə çevrilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью