Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Türkiyə Kubokunun 1/4 finalında komandaların görüşündən (1:2) sonra “Qalatasaray”ın baş məşqçisi Okan Burukun burnunu çimdikləyən “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo 3 oyunluq diskvalifikasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Burukun davranışını təhrikedici hesab etdiyi üçün portuqaliyalı mütəxəssisi daha sərt cəzalandırmayıb.
Xatırladaq ki, Mourinyonun Buruku burnundan çimdiklədikdən sonra “Qalatasaray”ın məşqçisi üzünü tutub və yerə yıxılıb.
Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2024-cü ilin yayından “Fənərbağça”nın baş məşqçisidir.