Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Son illərdə burun əməliyyatlarına müraciət edən şəxslərin sayı artmaqdadır.
Bəzi insanlar burun quruluşunu dəyişdirmək, digərləri isə tənəffüs problemlərini aradan qaldırmaq məqsədilə bu əməliyyata baş vururlar.
Həkimlər burun estetik əməliyyatlarının həm sağlamlıq, həm də psixoloji təsirləri təmin edə biləcəyini bildirirlər.
Əməliyyata gedən şəxslər hansı məlumatları bilməlidir? Mövzu ilə bağlı lor cərrah Op. Dr. Cavid İsmayılov Milli.Az-a açıqlama verib.
- Xəstəyə yaraşan burun necə seçilir? Əməliyyatdan öncə pasientimizlə görüşüb burun görünüşündə pasientimizin istəkləri və istəmədikləri haq
- Əməliyyatdan sonra burun ucu düşmə ehtimalı ilə insanlar daha dik burun modeli istəyirlər. Bu fikir doğrudur?
Əməliyyatdan sonra ilk 6 ay ərzində burun ucunu dəstəkləyən saplar əriyənə qədər burun ucunda cuzi 1mm-2mm'lik bir enmə olur.
Əgər əməliyyat düzgün icra edilibsə və pasiyentlər əməliyyatdan sonra verilən təlimatlara əməl ediblərsə burun ucunda ciddi düşmə,sallanma baş vermir.