Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illərdə estetik prosedurlar arasında ən çox diqqət çəkənlərdən biri də burun dolğusudur.
Cərrahiyyə müdaxiləsi olmadan, sadə və effektiv bir şəkildə burunun forması dəyişdirilə bilər.
Burun dolğusu, xüsusi maddələr ilə burunun daha estetik bir formaya salınmasını təmin edir və bu, həm kişilər, həm də qadınlar üçün mükəmməl bir seçimdir.
Bu yaxınlarda məşhur bloqerlərdən biri, təsadüfən əməliyyat zamanı burununda dolğu olduğu üçün daxildən çürüdüyünün aşkarlanmasını və onu həkimin düzəltdiyini açıqlayıb.
Bu açıqlama, sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox insanı bu prosedurun təhlükəsizlik məsələləri haqqında düşündürüb.
Bəs, doğrudan da, buruna dolğu etdirərkən fəsadlar baş verə bilərmi?
Bütün bu suallarımızın cavabını isə həkim Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyinin İdarə Heyətinin üzvü, LBC estetik klinikasının həkim-kosmetoloqu Nigar Rüfət Yenicag.az-a müsahibəsində cavablandıracaq.