Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. İnsanın burunla nəfəs alması fiziolojidir.
Burnumuzda hava isinir, nəmlənir, tozdan və mikroblardan təmizlənir və daha sonra nəfəs yollarımıza daxil olur.
Əgər insan müxtəlif səbəblərə görə burunla yox, ağızla nəfəs alırsa və xüsusilə bu uzun müddət ərzində davam edirsə, bu insanın sağlamlığı üçün ziyanlıdır.
Hava isinmir, təmizlənmir və bu da xəstəliklərin riskini artırır.
Digər tərəfdən bu baş ağrılarına, yorğunluğa, hətta depressiyaya səbəb ola bilər. Burun tutulması bəzi xəstəliklərin simptomu ola bilər.
- Soyuqdəymə xəstəliyi başlayanda burun əvvəl tutulur, daha sonra isə xəstənin burnundan qatı selik ifraz olunmağa başlayır.
Bu hal adətən 1 həftəyə kimi davam edir və sonra keçir. Zökəmlə mübarizə aparmaq üçün burun damcılarından istifadə edilir.
Damcılar müxtəlif olur. Belə damcıların müəyyən əks-göstərişləri mövcuddur ki, onları yalnız həkim təyin etməlidir.