Bürünc medal rəsmiləşdi

09.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan boksçusu Gülər Hüseynova Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsinə adlayıb.

Futbolpress.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan idmançımız 1/4 finalda Panama təmsilçisi Lia Viktoriya Kordoba Torreronu məğlub edib.

Bu qələbə sayəsində Hüseynova özü üçün ən azı bürünc medalı təmin edib. Turnirin reqlamentinə əsasən, yarımfinalda uduzan hər iki bürünc medala layiq görülür, üçüncü yer uğrunda ayrıca döyüş keçirilmir. Boks yarışlarının yekun nəticələri noyabrın 12-də müəyyənləşəcək.

Xatırladaq ki, Dakar-2026-da daha əvvəl cüdoçu İbrahim Talıbov (55 kq), həmçinin çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl, Nihad Süleymanlı (80 kq) ise gümüş medala seviniblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью