Burundinin vitseprezidenti Azərbaycanda səfərdədir

10.11.2024

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Burundi Respublikasının vitse-prezidenti Prosper Bazombanza BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Prosper Bazombanzanı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью