Buryatiyada 6,1 bal gücündə zəlzələ baş verib Doğru Xəbərlər

05.12.2024

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Seysmoloqlar Buryatiyanın Tunkinski rayonunda 6,1 bal gücündə zəlzələ qeydə alıblar.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Zilzələnin episentrində intensivlik 6,1 baldır. İrkutsk, Slyudyanka, Şelexov şəhərlərində həssaslıq 2 baldır”, – məlumatda deyilir.

Dəqiqləşdirilir ki, yeraltı təkanlar nəticəsində dağıntı və tələfat olmayıb, bütün infrastruktur obyektləri normal işləyir.

Bundan əvvəl Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью