Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik VİDEO

28.11.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qan yaddaşı, əcdadlarımızın çağırışı deyilən bir çox vacib amil var. O əminlik, o doğma diyarlar, o doğma daşlar ora qayıdan hər bir soydaşımıza inamla, əzmlə yaşamaq üçün güc olacaq. Qanımız, canımız qədər əziz olan torpağa qədəm qoyduq. Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”,

Modern.az xəbər verir ki, bunu Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Quliyeva işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən deyib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.

Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью