Bütöv xətti tapdalayan sürücü tuneldə də qayda tanımadı VİDEO

27.08.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 26-da saat 14:54 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 77-BY-623 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxır. Lakin o, qarşıdan avtomobilin gəldiyini gördükdən sonra bütöv xətti tapdalayaraq yenidən öz zolağına qayıdır.

Daha sonra tunelə daxil olan sürücü bu dəfə də yolun bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb. Qarşıdan nəqliyyat vasitəsinin gəldiyini gördükdə isə yenidən öz zolağına keçib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, bütöv nişanlanma xəttinin tələblərinin pozaraq qarşı istiqamətli hərəkət zolağına çıxmaq qadağandır.

Eyni zamanda tuneldə və ya yolun məhdud görünüşlü hissələrində ötmə manevrlərinin edilməsi qadağandır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью