Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular VİDEO

05.11.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücülər hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Belə ki, 77-FM-976 qeydiyyat nişanlı "Hyundai" markalı və 90-FF-018 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüləri bütöv xəttin tələbini pozaraq sol zolağa keçib. Bu zaman sol zolaqdakı avtomobillərin qarşısına çıxaraq onların hərəkətinə mane olublar.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.

Fərid

bax.tvhttps://bax.tv/embed/228521.html

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью