Butulka ilə 14 yaşlı oğlana xəsarət yetirdi | Icma.az
Icma.az bildirir, Gununsesi portalına istinadən. Daşkəsəndə 14 yaşlı yeniyetmə dava zamanı xəsarət alıb.
Gununsesi.info -nun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2011-ci il təvəllüdlü E.Orucov qulağının, qollarının və baş nahiyəsinin kəsilmiş yarsı ilə xəstəxanaya çatdırılıb.
Ona yardım edilib, hazırda yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, yeniyetmə dostu tərəfindən butulka ilə vurulub. Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu