“Bütün arzular gerçəkləşsəydi, yaşamağa maraq qalmazdı”

23.11.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

“Əgər insan bütün arzularını həyata keçirsəydi, yaşamaq üçün maraq qalmazdı. Çox şey olub ki, etmək istəmişəm, alınmayıb. Elə olub ki, Tanrı qismət etməyib”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz “Qonaqcanlı” verilişində deyib. O, həyatda qarşılaşdığı sınaqlardan və əsl dostluqdan danışıb:

“Bir şeirimdə deyirəm ki, “Bəndə badalağı yıxdı bəndəni, dedilər, bunu da Allah eylədi”. Elə hər şeyi Allahın boynuna atırıq. Amma badalağı vuran bəndə olur. Həyatda badalaq, şapalaq, yalan da görmüşəm. Amma ləyaqətli, mərd insanlar da görmüşəm.

O dəfə bir yoldaşla söhbət edirdim. Mənə təklif etdi ki, növbəti kitabını çap etdirim? Cavab verdim ki, mənim artıq buna ehtiyacım yoxdur. Şükür Allaha, Xalq şairiyəm, Prezident təqaüdüm də var. Dedim ki, çətin günümdə mənə 1 manatlıq yaxşılıq edən adam, vəzifədə atın belində olarkən 1 milyonluq yaxşılıq edəndən daha üstündür. Çünki əsl dost o zaman olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью