Azpost saytına istinadən Icma.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Avropa İttifaqını Rusiya ilə hərbi qarşıdurmadan çəkinməyə çağırıb.
AzPost xəbər verir ki, Şoyqu bu barədə “Kommersant” nəşrinə açıqlamasında bildirib ki, hazırda Avropada Moskva ilə qarşıdurma kursunun düzgünlüyünü şübhə altına alanların sayı artır. Şoyquya görə, Rusiya Avropa ölkələri ilə bərabərhüquqlu dialoqa hazırdır və qarşıdurma istəmir.
Təhlükəsizlik Şurasının katibi onu da qeyd edib ki, Avropa hökumətləri vətəndaş maraqlarını nəzərə almadan “Rusiya təhdidi” adı altında qorxu yaratmağa davam etdikcə, əməkdaşlıq və sülh istəyənlərin səsini boğmaq daha da çətinləşəcək.
Paylaş