“Bütün azarkeşlər Qazaxıstandan qələbə gözləyir”

11.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Qazaxıstan millisinin sabiq futbolçusu Pavel Evteyev bu gün Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşü haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis qazaxların qələbə qazanmalı olduqlarını deyib:

“Bütün azarkeşlər Qazaxıstandan qələbə gözləyir. Ermənistanla oyunda olduğu kimi hücumda aqressivlik lazımdır. Yeganə lazım olan şey şansları dəyərləndirməkdir. Düşünürəm ki, ermənilərlə görüşdəki səhvlər aradan qaldırılıb. Millinin qələbə qazanacağına ümid edirəm”.

Macarıstanda keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью