Bütün bombaların anası Tramp tabu qoyulmuş silahı İsrailə verir

06.02.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Hurriyyet.az xəbər verir ki, ABŞ İsrailə dünyanın ən nəhəng bombalarından birini verəcək. MOAB adlanan bu bomba atom bombası deyil. 11 ton çəkisi olan MOAB bombası yerin dərinliyindəki bunkerləri məhv etməyə qabildir.
Corc Buşdan başlamış indiyə qədər bütün ABŞ prezidentləri münaqişənin daha da alovlana biləcəyindən ehtiyat edərək, bu silahı İsrailə verməkdən imitna ediblər. Ekspertlərin fikrincə, "bu, gələcəkdə İranın yeraltı nüvə obyektlərinə hücumlar edilə biləcəyinə işarədir".
MOAB adının açması "Bütün bombaların anası" deməkdir.
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью