Bütün cəbhə boyu hücum: Üç kənd ələ keçirildi

07.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Rusiya qoşunları bütün cəbhə xətti boyu hücumu davam etdirir. Ordu, xüsusən Xarkov vilayətində hücumları gücləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Qeyd edilir ki, son sutka ərzində Rusiya ordusu Donetsk və Xarkov vilayətlərində üç yaşayış məntəqəsini ələ keçirə bilib:

“Düşmən Lozova, İvanivkanı, Şevçenkonu işğal edib, həmçinin Toretskə qədər irəliləyib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью