Bütün çimərliklər üzrə gücləndirilmiş iş rejimi… FOTOLAR

20.07.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həftə sonları istirahət məqsədilə Bakı çimərliklərinə üz tutanların sayında kəskin artımı nəzərə alaraq, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sahilboyu ərazilərin təmizliyi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməkdədir.

Departamentdən Gununsesi.info -ya verilən məlumata görə, çimərliklərdə tullantı konteynerlərinin sayı artırılıb və yeni məişət tullantıları meydançaları salınıb.

Qeyd edilib ki, təmizlik işçiləri Bakıdakı bütün çimərliklər üzrə gücləndirilmiş iş rejiminə keçib və fasiləsiz olaraq çalışırlar. Bundan əlavə, istirahət üçün çimərliklərə üz tutan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır, ətrafa atılan tullantıların həm insan sağlamlığına, həm də ekoloji mühitə mənfi təsirləri ilə bağlı məlumat verilir. Baki şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bir daha sakinlərə müraciət edərək tullantıların müəyyən edilmiş xüsusi yerlərə atılmasını xahiş edir.



Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью