“Bütün çirkin cəhdlər iflasa uğradı“ | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Dünya daha bir mühüm və yaddaqalan tədbirə şahidlik etdi.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir çox müsbət və mənfi məqamlarla yadda qaldı.
Əgər müsbət məqamlar bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın səmərəli fəaliyyəti və sonda əldə edilən nəticələrlə bağlıdırsa, mənfi məqamların kökündə Batının ikili oyunları və COP29 kimi bəşəriyyətin gələcəyinə xidmət edən tədbiri bəzi güclərin öz çirkin məqsədlərinin girovuna çevirmək cəhdləri ilə bağlıdır”.
Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.
O, qeyd edib ki, bu məsələdə ABŞ və Avropa Birliyi xüsusi “fəallıq” göstərdilər: “Bu qüvvələr COP29 ərəfəsi, həmçinin tədbir günlərində çeşidli oyunlara baş vurdular.
Elə son iki gündə maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı da Avropa Birliyi və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir.
Bu xanım siyasətçi Birləşmiş Ştatlarla sinxoran addım ataraq, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa Birliyinin iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi.
Məhz buna görə Bakıya gəlmədi”. F.Əliyevin sözlərinə görə, Qərbin bəşəriyyətin gələcəyini deyil, öz məqsədlərini düşündüyünü təsdiq edən dah
Tam oxu
Xəbəri oxu