Bütün diqqətimizi həmin oyuna yönəltmişik Elmar Baxşıyev

03.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Mingəçevir"ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında 3:1 hesabı ilə qalib gələrək 1/4-ə adladıqları görüşlə bağlı bunları deyib: 

"Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir. 
Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью